Heyvanlar üçün sığınacaqların yaradılması ilə bağlı qaydalar işlənməlidir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova deyib.
O bildirib ki, sığınacaqların yaradılması və idarə edilməsi üçün qanun layihəsi hazırlanmalıdır.
Şöbə müdiri xatırladıb ki, Azərbaycanda ev heyvanları ilə bağlı Nazirlər Kabinetinin qərarı var və bu qərara uyğun olaraq nəzarət tədbirləri həyata keçirən qurumlar mövcuddur.