Çin hökuməti mərkəzi dövlət qurumlarına və korporasiyalara iki il ərzində yerli analoqların xeyrinə xarici markaların fərdi kompüterlərindən istifadəni dayandırmağı əmr edib, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Onların sözlərinə görə, may bayramları ilə əlaqədar bir həftəlik fasilədən sonra həmin strukturların əməkdaşlarına xaricdə istehsal olunan kompüterləri yerli istehsal olan qurğularla əvəz etmək tövsiyə olunub.
Agentliyin məlumatına görə, belə bir qərar Qərb istehsalı olan ən azı 50 milyon kompüterin çinli analoqları ilə əvəzlənməsinə səbəb olacaq. Tədbir Çinin son 10 il ərzində həyata keçirdiyi texnologiya idxalını əvəzləmə kampaniyasının bir hissəsidir.