6 C
Baku
Sunday, December 15, 2024

Zelenski: “Rusiya ilə danışıqları tamamilə dayandıra bilərik”

Ukrayna Rusiya ilə danışıqları tamamilə dayandıra bilər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində deyib.

“Buna səbəb əsir götürülən mülki şəxslərin və əsgərlərin öldürülməsi olacaq. Əgər Rusiya onları öldürməyə davam edəcəksə, Moskva ilə diplomatik danışıqları davam etdirə bilmərik”, – dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Ukrayna lideri daha əvvəl də bu barədə danışmışdı. O buna səbəb kimi Mariupolun müdafiəçilərinin məhv edilməsini göstərmişdi.

 

 

Son xəbərlər
Digər xəbərlər