Kubanın paytaxtı Havana şəhərinin mərkəzindəki “Saratoqa” otelində baş verən partlayışda 22 nəfər həlak olub.
Kuba hökuməti bu barədə “Twitter” səhifəsində məlumat yayıb.
Məlumatda bildirilib ki, xəstəxanalarda 64 nəfər zərərçəkən var, onlardan 14-ü azyaşlıdır. Faciənin qaz sızması səbəbindən baş verməsi ehtimal olunur.
Bundan əvvəl hadisə zamanı həlak olanların sayının 18 olduğu bildirilmişdi.