2015-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 7807,2 mln. manat, xərcləri 8577,9 mln. manat olmuş, 770,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranmışdır.
Banker.az xəbər verir ki, 2015-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 7717,0 mln. manat proqnoza qarşı 7807,2 mln. manat və yaxud 1,2 faiz çox olmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 3328,8 mln. manat vəsait təmin edilmişdir.
Həmin vəsaitin 68,3 faizi və yaxud 2275,0 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur.
2015-ci ilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 100,3 faiz əməl edərək büdcəyə 765,3 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz və yaxud 32,5 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 110,1 mln. manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 41,4 mln. manat vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 3561,6 mln. manat vəsait transfert edilmişdir.