NATO ölkələri bizi eşitmək istəmədi. Onların tamamilə başqa planları var idi. Krıma hücum hazırlığı gedirdi.
Bu barədə Rusiya prezidenti Vladimir Putin Qırmızı Meydanda faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunan paradda çıxışında bildirib.
“NATO bizə bitişik əraziləri hərbi cəhətdən mənimsəməsinə başladı. Bu, sərhədlərimizdə neonasistlərlə toqquşmanın qaçılmaz olacağını deyirdi”, deyə Rusiya prezidenti vurğulayıb.