10 C
Baku
Wednesday, December 11, 2024

Ceyhun Bayramov: “Kimsə bizim əvəzimizə müqavilə imzalamayacaq”

“Rəsmi Bakı ilə İrəvan arasında müxtəlif istiqamətlərdə təmaslar var. Eyni zamanda, kommunikasiyaların açılmasına dair işçi qrupu mövcuddur”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

O xatırladıb ki, Müdafiə nazirlikləri arasında bir müddət əvvəl “qaynar xətt” yaradılıb:

“İntensiv olmasa da, mən də bir neçə dəfə Ermənistan xarici işlər naziri ilə telefonla danışmışdım. Bizim sülh müqaviləsi və ümumiyyətlə, regionda sabitlik üçün vacib olan elementlərlə bağlı mövqeyimiz ondan ibarətdir ki, əsas tərəflər Azərbaycan və Ermənistandır və kimsə bizim əvəzimizə müqavilə imzalamayacaq.

Ancaq onu da deməliyəm ki, çoxsaylı beynəlxalq təşəbbüslər var. Azərbaycan prosesə töhfə vermək istəyən tərəflərlə işləməyə hazırdır və mövqeyimiz hər zaman buna uyğun olmuşdur”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər