Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankaraya gəlib.
Bu barədə Qazaxıstan Prezidentin “Telegram” səhifəsində məlumat verilib.
Türkiyənin paytaxtı Ankarada “Esenboğa” beynəlxalq hava limanında Qazaxıstan liderini Türkiyənin Vitse-prezidenti Fuat Oktay, Ankara valisi Vasip Şahin və bir sıra digər rəsmi şəxslər qarşılayıb.
Ankaraya ikigünlük səfəri çərçivəsində o, Türkiyə Prezidenti ilə ikitərəfli və geniş tərkibli görüşlər keçirəcək, Qazaxıstan-Türkiyə biznes forumunda iştirak edəcək və Türkiyə iş adamları ilə görüşəcək.
Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə baş tutub.