10 C
Baku
Thursday, December 12, 2024

Kiyevdə zərər görmüş binaların təmiri 70 milyon avroya başa gələcək

Kiyevdə binalara dəyən ziyanın aradan qaldırılması 70 milyon avroya başa gələcək.

Bu barədə şəhərin meri Vitali Kliçko “Telegram”da bildirib.

Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıbFransada sükut günüdürKuleba Rumıniya Baş naziri ilə görüşüb

O deyib ki, Rusiyanın hərbi təcavüzü nəticəsində Ukrayna paytaxtında ümumilikdə 390 binaya ziyan dəyib: “Onlardan 222-si çoxmənzilli yaşayış binalardır. Biz artıq 20 evi müəyyənləşdirmişik, orada ilkin olaraq bərpa işlərinə başlanmalıdır ki, insanlar tezliklə evlərinə qayıtsınlar. Şəhərin atəşə tutulması və bombalanması nəticəsində 30-u məktəbəqədər təhsil müəssisəsi olmaqla, 75 təhsil müəssisəsinə ziyan dəyib. 17 səhiyyə müəssisəsi, 11 mədəniyyət obyekti zərər görüb”.

 

 

Son xəbərlər
Digər xəbərlər