14 C
Baku
Saturday, November 23, 2024

Pentaqon Kiyev üçün lazerlə idarə olunan raketlər və PUA-lar alacaq

Pentaqon Ukraynaya silah və hərbi texnika tədarükünü artıracaq və ölkə üçün 136 milyon dollar dəyərində kəşfiyyat PUA-ları, lazerlə idarə olunan raketlər və durbin alacaq.

ABŞ Prezidenti Co Baydenin Administrasiyası hazırda ABŞ ehtiyatlarından tədarük edilən silah və digər avadanlıqları artırmaq üçün ABŞ müdafiə şirkətlərinə müraciət edib.

Bu şirkətlərdən alınacaq silah və avadanlıqlar hərbi yardımın ayrıca kateqoriyasını təmsil edir. Bu yardım dəstinə helikopterdən buraxıla bilən və lazerlə idarə olunan yüksək dəqiqlikli 22,6 milyon dollarlıq raketlər, 17,8 milyon dollar dəyərində “Switchblade” döyüş PUA-ları və 19,7 milyon dollarlıq “Puma” portativ dronları daxildir.

ABŞ artıq Ukraynaya 1,2 milyard dollardan çox müdafiə yardımı göndərib və mart ayında Prezident Co Bayden Ukrayna üçün daha 200 milyon dollarlıq atıcı silah və avadanlığın alınması ilə bağlı qərarı sanksiyalaşdırıb. Bayden həmçinin Ukraynaya 13,6 milyard dollarlıq yardım daxil olmaqla 1,5 trilyon dollarlıq hökumət xərcləri paketini təsdiqləyib.

ABŞ Ukraynaya artilleriya sistemləri, mərmilər, zirehli transportyorlar və helikopterlər göndərib. Aprelin 21-də Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardımın ayrılması ilə bağlı bəyanat verib. Bildirilib ki, ABŞ Kiyevə ağır silahlar, haubitsalar, taktiki pilotsuz uçuş aparatları və döyüş sursatları verməyi planlaşdırır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər