Yeni Zellandiya haqqında ən maraqlı faktlar

Təqribi olaraq Avstraliya və Antarktida arasında yerləşən və 4,5 milyon nəfər əhaliyə sahib Yeni Zellandiya ən az əhali məskunlaşmış ərazi hesab olunur.

  • Yeni Zellandiya 1642-ci ildə hollandiyalı dənizçi Abel Tasman tərəfindən kəşf edilib. O komandasının bir neçə üzvünün ölkənin yerli əhalisi olan maorilər tərəfindən qətlə yetirilməsindən sonra buranı tərk edir. 1769-cu ilə qədər avropalılar buraya səfər etmirdilər. Yalnızca 1769-cu ildə kapitan Ceyms Kuk gəlir və adanı xəritəyə daxil edir. Yeri gəlmişkən, Yeni Zellandiya ərazisinə avropalılar gəlməmişdən öncə yerli maori əhalisi pullardan deyil, mübadilədən istifadə edirdi.
  • Ölkə öz ərazisinin unikallığı ilə qürurlana bilər. Belə ki, onun istənilən hissəsi okeana 130 kilometr yaxınlıqda yerləşir.

0003-800x533

  • Yeni Zellandiya sakinləri günəşin doğmasını hər kəsdən öncə görürlər.
  • Vellinqton Yeni Zellandiyanın paytaxtı və böyüklüyünə görə ikinci şəhərdir. Şəhər özünün möhtəşəm turistik infrastrukturu və qeyri-adi görməli yerləri məşhurdur. Həmçinin Vellinqton dünyanın ən cənub paytaxtıdır.
  • Yeni Zellandiya qeyri-korrupsiya baxımından ilk pilləni Danimarkaya verməklə ikinci pillədə qərarlaşıb.
  • Kraliça II Yelizaveta Yeni Zellandiya monarxıdır və o parlament qanunlarını ratifikasiya etmək hüququna sahibdir.
  • Yeni Zellandiya 1 nəfərə 9 qoyun düşür.
  • Yeni Zellandiya adalarında ilana rast gəlmək mümkün deyil.
  • Yeni Zellandiya 1980-ci illərdən başlayaraq “nüvəsiz” statusuna sahibdir və hazırda adalarda 1 dənə belə olsun atom stansiyası yoxdur.

Son xəbərlər
Digər xəbərlər