9 C
Baku
Wednesday, November 27, 2024

EİA Azərbaycanın bu il neft hasilatı üzrə proqnozunu yüksəldib

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.

“APA-Economics”in EİA-ya istinadən verdiyi məlumata görə, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatın 700 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoz göstəriciyə bərabərdir.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz (apreldə verilib – red.) göstəricisi ilə müqayisədə 10 min barel çoxalma deməkdir.

Qeyd edək ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci ildə sözügedən göstərici 700 min barel səviyyəsində olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər