ABŞ Energetika Nazirliyi 2022-ci ildə “Brent” markalı etalon neftin qiyməti ilə bağlı proqnozu 103,37 dollardan 103,35 dollaradək korrektə edib.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verilən xəbərə görə, 2023-cü ildə neftin qiyməti 97,24 dollar (öncəki proqnoz – 92,57 dollar) təşkil edə bilər.
Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2022-ci ildə 98,2 dollar (öncəki proqnoz – 97,96 dollar), 2023-cü ildə isə 93,24 dollar (öncəki proqnoz – 88,57 dollar) səviyyəsində olacağı ehtimal olunur.