Keçən il bir ailəyə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği ümumilikdə sosial yardım alan ailələr üzrə 280 manat təşkil edib.
Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.
Bu göstərici 2020-ci illə müqayisədə 17 faiz çoxdur.
“Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamına əsasən ölkə üzrə 2021- ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi təmin edilib. Bu məqsədlə 4,5 milyon manat vəsait istifadə edilib.
Qeyd edək ki, ğtən il ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) alan ailələrin sayı 47 min ailə və ya 202 min ailə üzvü olub.
Xatırladaq ki, ÜDSY təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 2021-ci ildəki 170 manatdan 17,6 faiz və ya 30 manat artırılaraq 200 manat məbləğində müəyyən edilib.