Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün mayın 10-da Ankaraya gəlib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Danışıqlardan sonra tərəflər iki ölkə arasında münasibətləri genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq barədə razılığa gəlib, həmçinin 1 milyard dollarlıq müqavilələr imzalayıblar. Danışıqlardan sonra Ərdoğan və Tokayev stolüstü tennis oynayıblar.








