10 C
Baku
Thursday, December 4, 2025

Azərbaycanda BOKT-ların kredit bazarında mövqeyi güclənib

Azərbaycanda cari ilin 1 aprel 2022-ci il tarixinə BOKT-ların iqtisadiyyata kredit qoyuluşlarının həcmi açıqlanıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank olmayan kredit təşkilatlarının cari ilin mart ayının sonuna olan kredit qoyuluşu 479.6 mln. manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% və ya 121.9 mln. manat artım deməkdir.

Qeyd edək ki, cari ildə iqtisadiyyata cəmi kredit qoyuluşları ölkə üzrə 18 mlrd. manat təşkil edib. Bu da o deməkdir ki, qeyri-bank təşkilatlarının son ildə ümumi kredit qoyuluşunda payı 2.6% -dən 2.7%-ə qədər qalxıb.

Son xəbərlər
Digər xəbərlər