9 C
Baku
Saturday, December 27, 2025

Zeytun bağlarında monitorinq aparıldı – Bitkilərin məhv olma təhlükəsi var

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən zeytun bağlarında birgə monitorinq aparılıb.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər ETSN-in nəzdində fəaliyyət göstərən, Bakı şəhəri Hövsan qəsəbəsi ərazisində yerləşən 2 saylı Yaşıllaşdırma İdarəsinin “Azəryaşlandşaft” Açıq Səhmdar Cəmiyyətinə məxsus 161 ha sahəsi olan zeytun bağlarında keçirilib.

Monitorinq zamanı zeytun ağaclarının kütləvi şəkildə yastıcalarla sirayətlənməsi, o cümlədən zərərvericilərin ifraz etdiyi şirələrin yarpaqların üzərini örtərək funksiyasını məhdudlaşdırması və sonda yarpaqların tökülməsinə səbəb olması müşahidə edilib. Bu da vaxtında kimyəvi və aqrotexniki tədbirlər aparılmadığı təqdirdə bitkilərin məhv olması ilə nəticələnə bilər.

Müşahidələr göstərib ki, bağda damcıvarı suvarma sistemi olduğu üçün vəziyyətə mütəmadi olaraq nəzarət edilməlidir.

Bundan başqa, ətrafda zərərvericilər üçün sahib bitkilər olan alaq otlarının təmizlənməsinin həyata keçirilməsi, bağların kənarlarında ev heyvanlarından qoruyucu vasitələrdən ibarət sədlərin qurulması vacib şərtlərdəndir.

Son xəbərlər
Digər xəbərlər