12 C
Baku
Saturday, November 23, 2024

“Britaniya NATO-ya üzvlüklə bağlı İsveçin istənilən qərarını dəstəkləyəcək”

Britaniya İsveçin NATO-ya gələcək üzvlüyü ilə bağlı istənilən qərarını dəstəkləyəcək.

Bunu Britaniyanın Baş naziri Boris Conson İsveçə səfəri çərçivəsində Baş nazir Maqdalena Anderssonla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir bildirib ki, İsveçlə təhlükəsizlik təminatı paktının ölkənin NATO ilə gələcək münasibətinə aidiyyatı yoxdur və bu, İsveçə aid məsələdir.

“İsveç hər hansı fəlakət və ya hücumla üzləşəcəyi təqdirdə tələbindən asılı olaraq Böyük Britaniya həmin dəstəklə onun köməyinə gələcək. Düşünürəm ki, NATO ilə bağlı məsələ ayrıdır və məncə İsveç yaxın günlər ərzində bu məsələni də həll edəcək. Əlbəttə ki, bu barədə Britaniyanın İsveçin istənilən qərarını dəstəkləyəcəyinə və bacardığı qədər ona faydalı və dəstək olacağına əmin olduğumu söyləməkdən başqa şərh vermək mənə düşməz”, – Britaniya Baş naziri deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər