11 C
Baku
Tuesday, November 26, 2024

Çexiya Prezidenti yüzdən çox vətəndaşın Ukrayna ordusunda xidmətinə icazə verib

Çexiya Prezidenti Miloş Zeman ölkəsinin 103 vətəndaşına Ukrayna Silahlı Qüvvələrinə qoşulmasına icazə verib.

Bu barədə Çexiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, həmin vətəndaşların Ukrayna ordusuna qoşulması ilə bağlı ölkə prezidentinin icazə sənədi Baş nazir Petr Fiala imzalayacaq.

Xatırladaq ki, Çexiya qanunları dövlət başçısının razılığı olmadan vətəndaşların başqa dövlətlərin hərbi bölmələrində xidmət etməsini yasaqlayır. Bu tələb Çexiyada müvəqqəti yaşamaq icazəsi olan xarici ölkə vətəndaşlarına da tətbiq edilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər