Ukrayna Silahlı Qüvvələri Xarkovda daha bir yaşayış məntəqəsini azad edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Xarkov istiqamətində uğurlu əməliyyat zamanı vilayətin Pitomnik qəsəbəsi azad edilib.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətində cəbhədəki vəziyyəti şərh edərkən deyib ki, Ukrayna Silahlı Qüvvələri tədricən Rusiya hərbçilərini Xarkovdan sıxışdırıb çıxarır, regionun ərazisini azad edir.