Azərbaycanda neft-qaz sahəsində qurğuların təmirini aparan şirkət “NeftQazMaş” ASC 2021-ci ildə dövriyyəsini azaldıb.
Bu barədə Banker.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
2021-ci ildə 1.65 mln. manat (yaxud 1 649 189 manat) əsas əməliyyat gəliri əldə edib, bu da 2020-ci ildə cəmi 3 423 570 manat təşkil edirdi. Şirkətin gəlirlərinin kəskin azalması ilə paralel olaraq satışa çəkdiyi mayanın həcmi də azalaraq 1 607 823 manat (2020: 3 093 859 manat) təşkil etsə də, 2020-ci ildə onun ümumi mənfəətini 329 711 manat təşkil etdiyi halda, 2021-ci ildə 41 366 manata endirib.
Digər xərc və gəlirlərindən sonra şirkətin xalis mənfəəti 44 373 manat olub. 2020-ci ildə xalis mənfəət 273 378 manat idi. Xalis mənfəətindən sonra şirkətin balansındakı bölüşdürülməmiş mənfəət 818 783 manat olub.
“NeftQazMaş” ASC müxtəlif tipli neft-mədən qazıma və istismar avadanlıqlarının əsaslı təmiri üzrə formalaşıb, unikal texnoloji avadanlıqlara və mütəxəssislər potensialına malikdir.