Kriptovalyuta məkanında son satışlar davam etdiyi üçün Bitcoin $28 000 səviyyəsindən aşağı düşüb.
Banker.az kriptobirjalara istinadən xəbər verir ki, bitkoinin (Bakı vaxtı:09:16) qiyməti $4 116, yaxud 13.16% enişlə $27 166-ya düşüb. Etherium isə 22% enişlə $1 852-yə enib.
ABŞ Əmək Statistikaları Bürosunun aprel ayı üçün istehlak qiymətlərinin 8.3% artdığını bildirməsindən sonra kriptovalyutalar səhmlərlə paralel ucuzlaşıb ki, bu da iqtisadçılar tərəfindən gözləniləndən (8.1%) bir qədər yüksəkdir.
Bu, investorları qorxutdu və onları kriptovalyuta da daxil olmaqla riskli aktivlərdən yan keçməyə məcbur etdi. Kriptovalyutalar “S&P 500” və daha yaxınlarda “Nasdaq Composite” ilə yüksək korrelyasiyalı olaraq qalır.
Tanınmış analitiklər kripto bazarının artıq bir müddətdir ki, təzyiq altında olduğunu bildirir. FED-in inflyasiyanı yumşaldılması üçün sərt monetar siyasətə əl atması isə kriptobirja üçün bear (ayı) effektini verir.
Bu həftə bitkoin ikinci dəfə $29 min diapazonuna düşüb. Analitiklər, bazar kapitalizasiyasına görə ən böyük kriptovalyuta üçün $30 mini əsas səviyyə adlandırdılar və orada saxlaya bilməyəcəyi təqdirdə daha da aşağı düşə biləcəyini ehtimal edirlər.
Keçən həftə bitkoin $40 minə yaxın yüksək səviyyəyə çatdı, lakin ertəsi gün tez bir zamanda geri dönüş etdi. Həmin gündən sonra hələ ki davamlı dəyər itkisi ilə üzləşir.