“McDonald’s Türkiyə” Qətərə satılıb. Belə ki, Tuncay Özilhanın sədri olduğu “Anadolu Qrup” Holdinq “McDonald’s Türkiyə”ni $54.5 mln.-a Qətərin “Boheme Investment” şirkətinə satıb.
Banker.az xəbər verir ki, bu barədə Anadolu Holdinq açıqlama verib.
Açıqlamada deyilir: “Şirkətimizin 100% törəmə şirkəti olan və Türkiyədə “McDonald’s” restoranlarının françayzinqini həyata keçirən Anadolu Restoranının kapitalının 100%-ni təşkil edən səhmlərinin “Boheme Investment GmbH” və ya onun Türkiyədəki hər hansı filialına satılmasına dair şirkətimiz və “Boheme Investment GmbH” arasında 11 may 2022-ci il tarixində səhm transferi müqaviləsi imzalanıb”.