1 C
Baku
Saturday, December 14, 2024

Bankomat istehsalçısı “Diebold Nixdorf” Ukraynadakı hadisələrə görə $80 mln. itirə bilər

Dünyanın ən böyük bankomat istehsalçılarında biri olan “Diebold Nixdorf” 2022-ci ilin birinci rübünə dair maliyyə hesabatını dərc edib. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, hesabata əsasən şirkət bu il üçün gəlir proqnozunu 4-4.2 milyard dollardan 3.7-3.9 milyard dollara endirib.

Ukraynada baş verən hadisələr, eləcə də əlverişsiz məzənnə ilə bağlı itkilər səbəbindən göstəriciyə yenidən baxılıb. Bu səbəblərin hər iksinə görə şirkət müvafiq olaraq 80 və 160 milyon dollar vəsait itirir.

EBITDA proqnozu 440-460 milyon dollardan 320-350 milyon dollara endirilib, sərbəst pul axınının əvvəlki proqnozlarda olduğu kimi 130-150 milyon ABŞ dolları təşkil edəcəyi vurğulanır.

Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra “Diebold Nixdorf” bu ölkədə xidmətlərini göstərməyi dayandırıb. Buna görə Rusiya bankları Mərkəzi Bankdan yeni əsginasların dövriyyəyə buraxılmasını təxirə salmağı xahiş edib. Bu il Rusiya Mərkəzi Bankı tədavülə yeni 100 rublluq əsginas buraxmağı planlaşdırır, digər əsginasların 2025-ci ilə qədər yeniləcəyi vurğulanır.

Son xəbərlər
Digər xəbərlər