Apreldə qlobal gündəlik neft hasilatı mart ayı ilə müqayisədə 710 min barel azalaraq 98,1 mln. barelə enib.
Beynəlxalq Enerji Agentliyinin (İEA) aylıq hesabatına görə, bu ilin aprel ayında Rusiyadan gündəlik neft tədarükü təxminən 1 mln. barel azalıb.
Hesabatda deyilir ki, aprel ayında Rusiyada neft və kondensat hasilatı sutkada 960 min barel azalaraq 2020-ci ilin noyabr ayının minimumunadək enib.
Təkcə neft hasilatı sutkada 900 min barel azalaraq 9,1 mln. barel olub ki, bu da “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində müəyyən edilən hədəf göstəricisindən 1,3 mln. barel aşağıdır.
Proqnoza görə, Bu ilin nəticələrinə görə, Rusiyada 2004-cü ilin minimumunadək enərək, 9,6 mln. barel təşkil edə bilər.






