Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
OPEC-in aylıq hesabatına görə, 2022-ci ildə sözügedən göstəricinin 65,97 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır (öncəki proqnoz – 66,26 mln. barel).
Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,56 mln. barel səviyyəsində olub.
Qeyd olunur ki, 2020-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik ortalama neft və digər maye karbohidrogenlərin hasilatı 62,97 mln. barel təşkil edib.