5 C
Baku
Saturday, December 14, 2024

Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsinin (IIA Azerbaijan) Direktorlar Şurasının iclası keçirilib

İclasda Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsinin uzunmüddətli dövr üçün strateji hədəfləri və qısamüddətli dövr üçün gündəlikdə duran məsələlər, o cümlədən Daxili Audit Məlumatlandırma Ayı çərçivəsində tədbirlərin keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Məlumat üçün bildirək ki, Daxili Auditorlar İnstitutu tərəfindən hər il May ayı korporativ idarəetmə, daxili nəzarət və risklərin effektiv idarə edilməsində daxili auditin oynadığı mühüm rol haqqında biznes ictimaiyyətinin biliklərini artırmaq məqsədilə Məlumatlandırma Ayı kimi qeyd edilir.

Daxili Auditorlar İnstitutu (DAİ) – daxili audit peşəsi üzrə beynəlxalq sertifikatlaşdırma, tədris, tədqiqat işinə və xüsusi təlimatların hazırlanmasına rəhbərlik edən peşəkar asossiasiyadır.

Son xəbərlər
Digər xəbərlər