6 C
Baku
Thursday, November 7, 2024

Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2022-ci ildə 0,7 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.

Agentliyin hesabatına əsasən, 2022-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka təşkil edib.

Bu ilin ikinci və üçüncü rüblərində 0,69 milyon barel/sutka, dördüncü rübdə 0,7 milyon barel/sutka hasilat proqnozlaşdırılır.

Hesabatda qeyd olunub ki, 2021-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka, ikinci rübündə 0,69 milyon barel/sutka, üçüncü və dördüncü rübündə 0,71 milyon barel/sutka təşkil edib.

 

 

Son xəbərlər
Digər xəbərlər