14 C
Baku
Saturday, November 23, 2024

Rusiyanın İsveçrədəki $6.3 mlrd. həcmində dondurulmuş aktivləri var

Avropa İttifaqının sanksiyaları çərçivəsində İsveçrə hakimiyyəti tərəfindən dondurulan Rusiya aktivlərinin həcmi hazırda 6.3 milyard ABŞ dolları təşkil edir.

Bu barədə Konfederasiyanın İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Ervin Bollinger Berndə keçirilən brifinqdə bildirib.

“Aprelin 7-nə Rusiya Federasiyasının dondurulmuş vəsaitlərinin həcmi təxminən 7,5 milyard ABŞ dollarına çatırdı. Sonra daha 2,2 milyard dollarlıq aktivlər bloklanıb. Lakin ardından İsveçrə hökuməti daha əvvəl preventiv qaydada dondurulmuş 3,4 milyard dollarlıq vəsaiti məhdudiyyətlərdən çıxarıb. Hazırda Aİ-nin sanksiyaları ilə Rusiyanın fiziki və hüquqi şəxslərinin konfederasiya tərəfindən bloklanan aktivlərin ümumi məbləği təxminən 6,3 milyard dollar təşkil edir”, – o deyib.

Son xəbərlər
Digər xəbərlər