“Hazırkı mürəkkəb geosiyasi vəziyyət, Rusiya-Ukrayna müharibəsi və digər cinahlardakı durum bizi Türkiyə ilə sıx əməkdaşlıq qurmağa vadar edir”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü adlı konfransda deyib.
“Azərbaycan və Türkiyə arasında işlənmiş regional mexanizmlər var. Bu, məsələn, Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyüdür. “Altılıq” formatı isə çətin olacaq. Azərbaycan üçün imkanlar olacaq və bu imkanları biz Türkiyə ilə gerçəkləşdirməliyik”, – o bildirib.