-3 C
Baku
Sunday, December 15, 2024

Antiinhisar Xidməti bazarda manipulyasiya və ayrı-seçkiliyə görə bu şirkətlərə iş qaldırdı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duz bazarında araşdırmalar aparır. Araşdırma zamanı “Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, iş “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-cı maddəsinin 4-cü və 7-ci bəndlərinin və 10-cu maddəsinin 2-cı bəndinin tələblərin pozulması əlamətləri üzrə qaldırılıb:

8.4) bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması);

8.7) digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi;

10.2) bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər;

 

Son xəbərlər
Digər xəbərlər