Lənkəranda fəaliyyət göstərən Məhdud Məsuliyyətli Xəzər Kredit İttifaqı 2021-ci ildə üzvlərinə verdiyi kreditin həcmi 1 milyon manatdan aşağı düşüb.
Banker.az bu barədə kredit ittifaqının illik maliyyə hesabatına istinad edir.
Kredit ittifaqı 2021-ci ilin əvvəlində 1 014 436 manatlıq üzvlərə verilmiş krediti ilin sonunda 848 768 manata düşüb. Kİ kreditlərin böyük hissəsini Lənkaranda verib ki, bu da 727 983 manatı əhatə edir. Əsas müştəri bazası istehlak üzrədir.
Aktivlərinin həcmi isə cəmi 960 994 manat olub.
İttifaqın borcları da son ildə 317 700 manatdan 257 124 manata düşüb. Bunun da 257 000 manatı Aqrar Kredit və İnkişaf Agentliynədir. Kİ bu kreditləri 2016-ci il, 2017-ci il və 2020-ci ildə illik faiz dərəcəsi 2% olmaqla əldə edib.
Kredit ittifaqının cəmi kapitalı 694 362 manat təşkil edir, bunun da 357 628 manatı üzvlərin payları, 190 200 manatı səhm kapitalı, 132 861 manatı bölüşdürülməmiş mənfəət təşkil edir.
“Xəzər” Kredit İttifaqı 2021-ci ili də xalis mənfəət – 28 408 manatla tamamlayıb.
Qeyd edək ki, “Xəzər” Kİ 1999-cu ildə yaradılıb, 2002-ci ildə Mərkəzi Bank tərəfindən lisenziya alıb. 31 dekabr 2021-ci il Kredit İttifaqının səhmdar kapitalı 12 fiziki və hüquqi şəxsə aid olmaqla iki üzv 33,05%, digər üç üzv müvafiq olaraq 21,26%, 10,94% və 1,04% və qalan üzvlər bərabər olaraq 0.11% dəyəri olan səhmə malikdir.