Yaponiyanın ən böyük neft şirkəti olan “Eneos” Rusiyadan neft alışını dayandırır. Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Biz nüfuz risklərini nəzərə alaraq Rusiyadan neft alışını dayandırmağa qərar verdik”, – deyə şirkətin rəhbəri Takesi Sayto söyləyib.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı (Aİ) nazirlərinin mayın 16-da Rusiya neftinə embarqonu müzakirə edəcəkləri barədə məlumat olub.