NATO Baş katibinin müavini Mirça Coana bildirib ki, Ukrayna xalqının və ordusunun cəsarəti, eləcə də Qərbin köməyi sayəsində Rusiyaya qarşı müharibədə qalib gələ bilər.
Bu barədə Berlində Alyansın xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə deyib.
Onun sözlərinə görə, bu gün xarici işlər nazirləri Ukraynadakı son hadisələrə diqqət yetirəcəklər.
“Rusiyanın qəddar işğalı sürətini itirir və müttəfiqlərin və tərəfdaşların milyardlarla dollarlıq əhəmiyyətli dəstəyi – hərbi, maliyyə və humanitar dəstək sayəsində biz bilirik ki, Ukrayna xalqının və ordusunun cəsarəti sayəsində və bizim köməyimizlə bu müharibədə qalib gələcək”.