6 C
Baku
Sunday, December 15, 2024

Neft qiymətləri: Çində normal həyat geri qayıdır, tədarüklə bağlı narahatlıq artır

Aİ-nin Rusiya xam neftinə idxal qadağası hazırlaması və OPEC-in hasilatında məhdud artımla təminat qorxusu kölgəsində olsa belə, investorlar əvvəlki sessiyada artımdan qazanc götürdükləri üçün neft qiymətləri bazar ertəsi günü ucuzlaşıb.

Brent markalı neftin fyuçersləri Bakı vaxtı ilə 10:20 radələrində  1.66 dollar və ya 1.5% ucuzlaşaraq barreli 109.89 dollara, ABŞ-ın Qərbi Texas nefti (WTI) markalı xam neftin fyuçersləri isə 1.55 dollar və ya 1.4% azalaraq 108.94 dollar/barelə düşüb.

Keçən cümə günü təxminən 4% yüksələn hər iki neft markası daha əvvəl bir barel üçün 1 dollardan çox yüksəldi, WTI isə martın 28-dən bəri ən yüksək həddinə 111.71 dollara çatdı.

Dörd diplomat və rəsmi cümə günü bildirib ki, Avropa İttifaqı Şərqi Avropada tədarüklə bağlı narahatlıqlara baxmayaraq, bu ay Rusiya neftinə mərhələli embarqo qoyulmasını razılaşdırmağa çalışacaq. Lakin bu işdə bir qədər gecikmə var.

Keçən həftə Rusiya bir neçə Avropa enerji şirkətinə qarşı sanksiyalar tətbiq etdi və bu, tədarüklə bağlı narahatlıqlara səbəb oldu.

Bununla belə, OPEC+ alyansına daxil olan bəzi üzvlərin neft yataqlarına kifayət qədər sərmayə qoyulmaması və son vaxtlar Rusiya hasilatındakı itkilər səbəbindən hasilatın artırılması ilə bağlı əvvəllər razılaşdırılmış planları pozur.

OPEC-in son aylıq hesabatı aprel ayında hasilatın gündəlik 153 min barel artaraq 28.65 milyon barel səviyyəsinə yüksəldiyini göstərsə də, bu OPEC-in OPEC+ razılaşması çərçivəsində icazə verdiyi gündəlik 254 min barel hələki azdır.

Çin aprel ayında bir il əvvəllə müqayisədə 11% daha az xam neft emal etdi, gündəlik məhsuldarlıq 2020-ci ilin mart ayından bəri ən aşağı səviyyəyə düşdü, çünki emalçılar geniş yayılmış COVID-19 kilidləmələri səbəbindən zəif tələbat üzərində əməliyyatları dayandırdı. Bu da qiymətlər üçün əlavə təzyiq idi.

Bu arada, ABŞ benzin fyuçersləri ehtiyatların azalması tədarük narahatlığını artırdı. Bu da bazar ertəsi günü yenidən bütün zamanların ən yüksək səviyyəsinə çatdırıb.

Analitiklərə görə, Avropadan neft məhsullarının idxalının azalması fonunda ABŞ-da benzin qiymətləri artmağa davam etdiyini nəzərə alsaq, növbəti müddətdə neftin qiymətində artımlar gözləniləndir.

Son xəbərlər
Digər xəbərlər