7 C
Baku
Thursday, December 12, 2024

İran neft-qaz sənayesindəki “əməkdaşlıq xəritəsini” Rusiyaya təhvil verib

İran İslam Respublikasının Moskvadakı səfiri neft və qaz sənayesində əməkdaşlıq xəritəsinin Rusiyaya təhvil verildiyini açıqlayıb.

Banker.az bildirir ki, Səfir Kazem Cəlali “RIA Novosti”yə müsahibəsindəİran və Rusiya Federasiyası neft-qaz sektorunda müsbət qərarlar əldə etiklərini deyib. Tehran Moskvaya bu sənayedə “əməkdaşlıq xəritəsini” təqdim edib.

Kazem Cəlali bildirir ki, islam respublikasının Prezident İbrahim Rəisinin rəhbərlik etdiyi hökumətin iş gündəliyinə Rusiya şirkətləri və Rusiya hökuməti ilə enerjinin müxtəlif sahələrində əməkdaşlıq sahələrinin ciddi şəkildə nəzərdən keçirilməsi daxildir.

“Tərəflər neft və qaz yataqlarının hasilatı, işlənməsi, emalı, neft emalı, neft kimyası, neft-qaz sənayesində strateji əhəmiyyət kəsb edən avadanlıq və texnologiyaların transferi sahəsində danışıqlar aparıblar. Nəticədə müsbət qərarlar qəbul ediblər”, – deyə səfir bildirib.

“Hətta Rusiya ilə hərtərəfli və dolğun əməkdaşlıq xəritəsi tərtib edilib və bu xəritə Rusiya Federasiyasının rəsmilərinə təqdim edilib”, – deyə Cəlali bildirib.

Son xəbərlər
Digər xəbərlər