16 C
Baku
Monday, October 28, 2024

Azərbaycanda iş adamına məxsus ferma yanaraq kül olub

Goranboyda ferma yanıb.

Report.az xəbər verir ki, hadisə rayonun Boluslu kəndində baş verib.

Sahibkar Rasim Süleymanova məxsus ferma yanaraq kül olub.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın söndürülüb. Yanğının ərazidəki digər tikililərə və sahələrə keçməsinin qarşısı alınıb.

Heyvanlar yaylaqda olmadığından tələfat olmayıb.

Ferma sahibi olan iş adamının iddiasına görə, yanğın qəsdən törədilib. R.Süleymanov mal-qarasız belə, ona 20-25 min manata yaxın ziyan dəydiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər