Bəzi banklar cari ilin I rübünə olan göstəricilərini açıqlamasalar da, ölkənin əksər bankları yarımillik haqqında hesabatlarını dərc etməyə başlayıblar. İkinci rüb üzrə bankların nəticələri heç də ürək açan deyil. Belə ki, hazırda hesabatlarını açıqlayan bankların demək olar ki, böyük bir hissəsinin aktivləri azalıb.
Aktivlər isə müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisəyə gələcək iqtisadi səmərələrə səbəb olacağı gözlənilən resursdur.
Bəs bankların aktivləri niyə azalır?
Hazırda bankların aktivləri 29 067.2 mln manat təşkil edir. Son bir ay ərzində aktivlər 171.2 mln manat azalıb. Aktivlərin azalmasına əsas səbəb isə banklar tərəfindən verilən kreditlərin azalması və banklarda olan əmanətlərin əhali tərəfindən geri çəkilməsidir.
Yarımillikdə bankların aktivləri necə dəyişib?
Cari ilin yarımilliyində 7 bank hesabatını açıqlayıb ki, bunlardan da 4 bankın aktivləri azalıb.
Ümumiyyətlə qeyd etmək istərdik ki, balans hesabatı – müəssisənin bəlli bir tarixdəki aktivlərini və passivlərini (öhdəlik, kapital) göstərən hesabatdır. Balans hesabatının əsas elementləri aktivlər, öhdəliklər və kapitaldır.