2022-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində avtomobil benzini və dizel yanacağının satışından 817.7 milyon manat gəlir əldə olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.1% çoxdur.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Təkcə oktyabr ayı ərzində avtomobil benzini və dizel yanacağının satışından 244.9 milyon manat gəlir əldə olunub.
Qeyd edək ki, 2022-ci ilin yanvar-aprel aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5.9 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.