11-13 may 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federesiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş banklararası şahmat yarışı başa çatıb.
Yarışın nəticələrinə əsasən şəxsi komanda çempionatında “ABB” ASC qalib gəlib.
2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “TuranBank” ASC qərarlaşıb.
Banklararası şahmat çempionatında şəxsi hesabda isə ABB ASC-nin nümayəndəsi Mənsimli Rəsul qalib gəlib.
2-ci yeri PAŞA Bank ASC-nin nümayəndəsi Məmmədov Mehdi qazanıb.
3-cü yerdə isə ABB ASC-nin nümayəndəsi Hacılı Rauf qərarlaşıb.
4-cü yeri Kapital Bank ASC-dən Rəhimov Beyrək, 5-ci yerdə TuranBank ASC-dən Əliyarov Ruslan, 6-ci yeri Yelo Bank ASC-dən Qafarlı Elçin, 7-ci yeri ATB Bank ASC-dən Yusufov İosif, 8-ci yeri AccessBank QSC-dən Həsənov Elşən qazanmışlar.
Bununla yanaşı, şəxsi-komanda çempionatında qadınlar arasında “Ən yaxşı qadın iştirakçı” nominasiyasına PAŞA Bank ASC-ni təmsil edən Aliyə Mehdiyeva layiq görülmüşdür.