11 C
Baku
Monday, November 18, 2024

Rusiya Mərkəzi Bankı xaricə pul köçürmə limitini 50 min dollara qədər artırıb

Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün xaricə pul köçürmə limitini 10 min dollardan 50 min dollara qədər artırıb. Bildirilir ki, hesab açmadan köçürmənin maksimal məbləği 5 min ABŞ dolları təşkil edir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Rusiyada rəsmi işləyən “dost” ölkələrdən olan qeyri-rezident şəxslər hesab açmadan Rusiyada rubl və xarici valyutada əmək haqqı və ya rüsum məbləğində pul köçürə bilərlər. Bu, Rusiyada əmək və ya mülki hüquq müqavilələri əsasında işləyən digər ölkələrin qeyri-rezidentlərinə də aiddir.

Məhdudiyyətlər 30 sentyabr 2022-ci il tarixinədək qüvvədə olacaq. Xatırladaq ki, Rusiya Mərkəzi Bankı fiziki şəxslərin xaricə pul köçürməsinə 2022-ci ilin martında limit qoyub, aprel ayında məbləğ 5 min dollardan 10 min dollara qədər artırılıb.

Son xəbərlər
Digər xəbərlər