13 C
Baku
Saturday, November 23, 2024

Özəl sektorlar dövlət satınalmalarında maraqlıdır

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında layihələr üzrə büdcə xərclərinin artırılması və yeni imkanların açılması ölkədə özəl sektorun dövlət satınalmalarına və onların şəffaflığına marağını gücləndirib.

Banker.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə hazırlanmış “Azərbaycanda Biznes Mühiti-2021” hesabatında bildirilir.

Sənədə əsasən, ötən il respondentlərin 42%-ni satınalma prosedurlarını prioritet olaraq seçib. Əvvəlki il bu nisbət 29% olub.

“Dövlət satınalmalarında kifayət qədər şəffaflıq yoxdur. “Dövlət satınalmaları haqqında” qanuna əsasən, dəyəri 50 min manatdan 3 milyon ABŞ dollarına qədər (26 min avrodan 2,66 milyon avroya qədər) olan satınalmalar elektron qaydada, açıq tender prosedurları ilə həyata keçirilməlidir. Dövlət satınalmalarının vahid internet portalı 3 ildir ki, fəaliyyət göstərsə də o, özəl sektor üçün istifadəçi yönümlü təlimatları olmayan mürəkkəb alət kimi görünməyə davam edir”, – deyə hesabatda qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər