8 C
Baku
Monday, January 13, 2025

Bağlana biləcək iki bank var – hansılardır?

Natiq Cəfərli: “İlin sonunadək xeyli sayda bankın lisenziyası ya ləğv ediləcək ya da ki, kiçik banklar böyük banklar tərəfindən “udulacaq””

Azərbaycanın bank sektorunda baş verən böhran ölkədə böyük narahatlıq doğurub. Bir-birinin ardınca bir neçə bankın lisenziyasının ləğv edilməsi nəticəsində vətəndaşların bank sektoruna olan inamı sarsılıb. Ekspertlər daha bir neçə bankın bağlanacağı və ya idarəçilik sitemində dəyişiklik olacağı barədə proqnozlar verirlər.

Ekspert Natiq Cəfərli açıqlama verərək bankların hazırkı durumunu şərh edib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatına zərbə vuran böhran ən azı ilin sonunadək davam edəcək:

“Manatın devalvasiyasından sonra bank sektorunda belə bir böhranlı vəziyyətin yaranacağı barədə dəfələrlə öncədən açıqlamalar vermişdik. Azərbaycan bankları manatın devalvasiyasını həzm edə bilmir. Çünki, bank sektoru uzun zaman idi ki, bəlli bir düzənlə çalışırdı, yəni özünə xarici valyuta ilə, xüsusən də dollarla ucuz fazili kreditləri cəlb edirdi.

Lakin sonradan məcburən dolları yüksək fazilə manata çevirərək bazara çıxartdı. Məlum devalvasiyadan sonra banklarn dollarla olan borcları birdən-birə 35 faiz artdı. Təbii ki, banklar bu cür sitiuasiyaya hazır deyildilər. Və nəhayətdə yaranmış stersli vəziyyət getdikcə bankların problemlərini artırmağa başladı. Çünki artıq kreditlərin geri dönüşündə problemlər yaşanmağa başlamışdı, indi də əhali əsasən də dollarla götürdükləri kreditləri geri qaytarmaqda çətinlik çəkir. Çünki, devalvasiyadan sonra kreditlər həddindən artıq bahalaşıb. Bundan başqa, ölkədə bəzi obyektlərin bağlanılması, tikinti işlərinin dayandırlıması prosesi başladı ki, bu da iş yerlərinin azalmasına, əhalinin gəlirlərinin azalmasına səbəb oldu. Bildiyiniz kimi, bəzi banklar həddindən artıq böyük həcmli kreditlər vermişdi. Məlumata görə, ümumi respublika üzrə geri dönüşü olmayan kreditlərin həcmi 1,3 milyard manatdır. Qeyd edim ki, bu rəqəm bir neçə ay bundan öncə açıqlanmışdı, hazırda bu proses davam edir və rəqəmin həcmi getdikcə daha da genişlənir”.

img1805112Ekspert bu ilin sonunadək daha bir neçə bankın bağlanacağının gözləndiyini deyib:

“Bütün bu proseslərə nəzərən böyük gümanla deyə bilərəm ki, ilin sonunadək bir neçə bankların bağlanması, lisenziyaların geri çağrılması, bəzi kiçik bankların böyük bankların tərkibinə daxil edilməsi proseslərinin şahidi olacayıq”.

Natiq Cəfərov Mərkəzi Bankın üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmədiyini də qeyd edib:

“Hazırda əsas vəzifə budur ki, bank sektorunda yaranmış bu vəziyyət panikaya çevrilməsin. Heç bir bank bu cür panikanın öhdəsindən gələ biləcək durumda deyil. Əhali kütləvi şəkildə banklardakı əmanətlərini geri çəkməyə başlasar, daha ciddi problemlər yaşanar və bankların ayaqda durma şansı sıfıra enər. Nəticədə Mərkəzi Bank və hökumət bankların işinə xitam verməli olacaq.

Mərkəzi Bank və hökumət başlanan bu böhranın qarşısını almaq üçün əvvəlcədən düşünülmüş proqram tərtib etməli və onun bu idarə olunması üçün addımlar müəyyənləşdirməli idi. Lakin çox təəssüf ki, belə bir addımın şahidi olmadıq. Heç bir real, düzənli olan addımlar irəli sürülmür.

Bu gedişat da onu göstərir ki, bu ilin sonunadək bank sektorunda hələ çoxlu təlatümlərin şahidi olacayıq, xeyli sayda bank ya ləğv ediləcək, ya da ki, kiçik bankların böyük banklar tərəfindən “udulması” prosesi başlayacaq və insanların banklara olan inamı sarsılacaq. İnamsızlıq isə daha ciddi problemlərə yol açacaq. Bu da nəinki bank sisteminə, ümumiyyətlə ölkə iqtisadiyatı üçün ciddi zərbədir”.

Ekspert bu günlərdə daha iki bankın, xüsusən də “Bank Technique”nin tezliklə ləğv edilmək ehtimalının olduğunu deyib:

“Məlum olduğu kimi “Bank Technique” bundan öncə də problemlər yaşamışdı. Əvvəl adı sonra isə idarə edilməsi dəyişdirildi. Lakin görünən odur ki, hələ də bu bankla bağlı problemlər davam etməkdədir.

Bundan başqa “Bank of Azerbaijan” da ciddi problemlər yaşamaqdadır. Və çox güman ki, yaxın gələcəkdə bu iki bankla bağlı müəyyən qərarlar veriləcək. Güman ki, ya Mərkəzi Bank tərəfindən həmin banklara yeni idarəçi təqdim olunacaq, ya da onlar tamamilə ləğv ediləcək. Bu hər iki bankın borc səviyyəsindən aslı olacaq. Yəni, əgər onların kreditlə bağlı problemlərini hər hansı bir bank öz üzərinə götürsə, Mərkəzi Bank da çalışacaq ki, porblemi bu yolla həll etsin. Əks halda ləğv etmə komissiyası yaradılacaq və həmin banklarda əmanəti olan insanlar ciddi problemlə qarşılaşacaq.

Bildirim ki, hər iki bankın ayaq üstə duma şansı, gələcək fəaliyyəti çox aşağıdır. Və bu banklar barədə yaxın günlərdə daha ciddi qərarlar veriləcək”.

musavat.com

Son xəbərlər
Digər xəbərlər