İsveçin Xarici İşlər Nazirliyinin rəhbəri NATO-ya üzvlük müraciətini imzalayıb. Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Ötən bazar İsveçin hakim Sosial Demokrat Partiyası NATO-ya üzvlük üçün müraciət etmək qərarını açıqlayıb. Ölkənin Baş naziri Maqdalena Andersson bildirib ki, NATO-ya üzv olmaq ölkənin və İsveç xalqının təhlükəsizliyinə müsbət təsir göstərəcək. Bazar günü Finlandiya da rəsmi olaraq Şimali Atlantika Alyansına qoşulmaq qərarını açıqlayıb.
“Bu səhər İsveçin xarici işlər naziri Ann Linde İsveçin NATO-ya üzvlük ərizəsini imzalayıb”, – deyə mesajda bildirilir.