Azərbaycanda Avropa İnvestisiya Bankının (EIB) Şərq Tərəfdaşlığı İnvestisiyaları üçün Fond (EPIC) adlanan yeni təşəbbüsünün tezliklə icrasına başlanılacaq.
Bunu EIB-in Cənubi Qafqazda regional nümayəndəliyinin rəhbəri Matsey Çura Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.
Onun sözlərinə görə, bu layihə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dəstəklənməsi üçün imkanlar yaradacaq.