11 C
Baku
Tuesday, November 26, 2024

“Azər-Türk Bank”ın audit hesabatı açıqlandı

Dövlətə məxsus olan “Azər-Türk Bank” ASC-nin 2021-ci il üzrə audit olunmuş maliyyə hesabatı açıqlandı.

Banker.az-a daxil olan məlumata görə, hesabatı “Baker Tilly” audit şirkəti tərəfindən aparılıb.

Hesbatda qeyd edilir ki, ATB-nin faiz gəlirləri 22.03 mln. manat, faiz xərcləri 6.78 mln. milyon, qeyri-faiz gəlirləri 4.69 mln. manat və qeyri-faiz xərcləri isə 21.15 mln. manat olub. Beləliklə, 2021-ci ildə 554 min manatlıq xalis mənfəət əldə edib.

Bu xalis mənfəətdən sonra ATB-nin bölüşdürülməmiş mənfəəti 2.05 mln. manatdan 2.6 mln. manata qədər yüksəlib.

Bankın aktivlərinin həcmi 2021-ci ilin əvvəlində 350 mln. manat olduğu halda, ilin sonuna 410 mln. manata yüksəlib. Burada, 228 mln. manat kredit, 98 mln. manatı pul vəsaitləri, 49 mln. manatı qiymətli kağızlar üzrə olub.

Bankın öhdəliklərinin həcmi isə 357.46 mln. manatdır.2 5 1 3

Son xəbərlər
Digər xəbərlər