Analitiklər dünyanın ən bahalı bankını təyin etmişlər. Belə ki, baş-qərargahı San-Fransiskoda yerləşən Amerikanın Wells Fargo bankı bu yaxınlarda Industrial & Commercial Bank of China-nı geridə qoyaraq dünyanın ən yüksək bazar dəyərinə malik maliyyə təşkilatı elan edildi.
Wells Fargo bankının kapitalizasiyası 300 milyard dollar göstəricisinə çatmaqdadır və bankın arzusunda olduğu göstəriciyə çatması üçün ona 1,3 milyard dollar lazımdır.
Son 12 ay ərzində bankın dəyəri 13,5% artmışdır. Maliyyə təşkilatı ABŞ-ın ən bahalı şirkətləri reytinqində 7-ci pillədədir.