Azərbaycan Respublikasının dövlət büdcəsinin profisiti 2022-ci ilin yanvar-mart aylarında 2 mlrd. 518.9 mln. manat olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Dövlət büdcəsinin gəlirləri 29.8% illik müqayisədə artaraq 10 milyard 687.6 milyon manat olub.
Dövlət büdcəsinin xərcləri isə 8.5% artaraq 8 milyard 168.7 milyon manat olub.