Azərbaycan tibbi maska istehsalını kəskin artırıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Komitənin hesabatına əsasən, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 15.2 mln. ədəd tibbi maska istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 55.1% çoxdur.
Bildirilir ki, 01.05.2022-ci il vəziyyətinə ölkədə 5.7 mln. ədəd tibbi maska var.