2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 850 kq qızıl, 1977.2 kq gümüş istehsal edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycanda qızıl istehsalı ötən ilin müvafiq ayı ilə müqayisədə 24.6% azalıb, gümüş istehsalı 21.4% çoxalıb.
Bu ilin may ayının 1-nə 218.4 kq qızıl, 474.1 kq gümüş ehtiyatı yaranıb.